Biodizel yanacaqları
Biodizel və ya biodizel yanacağı- yağ turşularının monoalkil efirlərinin qarışığı olan maye motor bioyanacağıdır. Biodizel biratomlu spirtlərin (metanol, etanol, və s.) triqliseridlərlə (nadir halda sərbəst yağ turşuları ilə) transefirləşmə reaksiyası əsasında alınır. Triqliseridlərin mənbəyi müxtəlif bitki və ya heyvani yağlar ola bilər.
== İstehsal texnologiyası ==
Biodizel yanacağı transefirləşmə reaksiyası vasitəsilə alınır. Bu reaksiya zamanı bitki yağı və ya triqliseridlərin hər hansı digər mənbəyi biratomlu spirtlərlə reaksiyaya girərək yağ turşularının monoalkil efirləri (biodizel) və qliserin əmələ gətirir.Yağ turşularının monoalkil mürəkkəb efirlərinin emalından yağ turşularının metil efirləri (YTME) və qliserin alnır.Neftdən alınmış biodizeli təyin etmək üçün yağ turşularının mürəkkəb metil efirlərinin (YTME) miqdarını müəyyənləşdirmək lazımdır, belə ki yağ turşularının monoalkil mürəkkəb efirlərinin analizi dizel yanacağında olan biodizelin dəqiq miqdarını göstərə bilmir.
Triqliseridlər 60°С temperaturda və normal təzyiqdə metanol, etanol və ya izopropil spirti ilə (təxminən 1 t yağa 200 kq metanol + kalium və ya natrium hidroksid) efirləşmə reaksiyasına girir. Keyfiyyətli məhsul almaq üçün bir sıra şərtlərə əməl emək lazımdır:
Transefirləşmə reaksiyasından sonra metil efirlərinin miqdarı 96% -dən çox olmalıdır.
Tam və tez transefirləşmə reaksiyası üçün metanol artıq miqdarda götürülür, ona görə də metil efirlərini ondan təmizləmək lazımdır.
Metil efirlərini sabunlaşma məhsullarından təmizləmədən onlardan yanacaq kimi istifadə etmək mümkün deyil. Sabun filtrə dolub yanma kamerasında çöküntü əmələ gətirir.